Share to: share facebook share twitter share wa share telegram print page

Washing Machine Heart

"Washing Machine Heart"
Mitski tərəfindən ifa olunmuş mahnı
Yayımlanıb 17 avqust 2018
Janr pop musiqisi, pop-pank[d], art pop, indi-rok
Dil ingilis dili
Prodüser
  • Patrik Haylend[d]
Leybl Dead Oceans

Washing Machine HeartAmerikalı müğənni Mitskinin müəllifi olduğu mahnı. Mahnı təkli olaraq buraxılmasa da, onun ən məşhur mahnılarından biridir. Mahnı İrlandiya Singles Chartında 93-cü, Böyük Britaniya Indie chartlarında isə 26-cı pilləyə qədər yüksəlmişdir.[1] A. V. Club saytının yazarı Katie Rife "Washing Machine Heart"i "xoş şəkildə çaşdırıcı ritmə malik, qəribə ev balladası" kimi təsvir etmişdir.[2]

Haqqında

Mahnı F- minor tonunda (11B Camelot) yazılıb və BPM-i 106-dır.

AllMusic tənqidçisi Marcy Donelson yazır: Dayanmadan klaviatura səsləri ilə dolu, rəqs edilə bilən ‘Washing Machine Heart’ həm məişət cihazını, həm də həyat yoldaşının frustrasiyasını əks etdirir. (Mən adi pomadamı sürmürəm / Bəlkə bu axşam öpüşərik deyə düşündüm)

Rolling Stone yazarı Simon Vozick-Levinson qeyd edir: Mahnı iki dəqiqədir, amma içində ən azı üç fərqli musiqi ideyası var. Əvvəlcə ritmik, demək olar ki, sənaye tipli açılış bölməsi gəlir. 30 saniyə sonra, daha şirin bir synth-pop melodiyası; və nəhayət, təxminən 1:10-da zərbə vurur.[3] Do, mi, ti / Niyə mən yox? solfej hecalarını təkrar edərək sanki onların mənalı olmasını istəyirmiş kimi oxuyur.[4]

Klipi

Mahnıya rejissoru Zia Anger tərəfindən çəkilmiş qara-ağ musiqi videosu 1 noyabr 2018-ci ildə təqdim olunmuşdur. Anger həmçinin Mitskinin "Your Best American Girl" və "Geyser" mahnılarının musiqi videolarının da rejissoru olub.[5]

Spin jurnalının yazarı Maggie Serota bildirib ki, videoda "Mitski köhnə noir filmlərindən bir femme fatale obrazı kimi işıqlandırılıb və tərtib edilib, onun sözləri isə ehtimal ki, kölgələrdə gizlənən köynəksiz kişidən öpüş istəyi kimi səslənir."

İstinadlar

  1. "Be the Cowboy - Mitski | Album | AllMusic" (ingilis). 2018-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-08-18.
  2. "Who is Mitski? The US singer-songwriter making waves with My Love Mine All Mine". Official Charts (ingilis). 11 oktyabr 2023. 2023-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-08-18.
  3. "See What Mitski's "Washing Machine Heart" Looks Like In New Video". Nylon (ingilis). 1 noyabr 2018. 2025-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-08-18.
  4. "Mitski is alone in the middle of the dance floor on the playful Be The Cowboy". AV Club (ingilis). 2022-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-08-18.
  5. Minsker, Evan. "Mitski Shares New "Washing Machine Heart" Video: Watch". Pitchfork (ingilis). 1 noyabr 2018. 2025-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-08-18.
Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia

Kembali kehalaman sebelumnya