Standart Model
![]() Standart Model — hissəciklər fizikasına aid nəzəriyyədir. Standart Model (SM) fundamental qarşılıqlı təsir qüvvələrini və bu qüvvələrdə elementar hissəciklərin rolunu öyrənir. Standart Model nəzəriyyəsinə görə Kainatdakı bütün materiya fermionlardan (kvarkların və leptonların aid olduqları hissəciklər ailəsi) yaranmışdır. Məsələn, proton iki yuxarı və bir aşağı kvarkdan ibarətdir. Standart Model nəzəriyyəsi hələ ki, üç qarşılıqlı təsir qüvvəsini əhatə edir: elektromaqnetizm, zəif nüvə qüvvəsi, güclü qüvvə. [1] Hissəciklərin təsnifatıStandart Model nəzəriyyəsində hissəciklər aşağıdakı kimi təsnifatlanmışdır.
Elementar fermionlar və elementar bosonlar birlikdə elementar hissəciklər qrupunu təşkil edirlər. FermionlarFermionlar Fermi–Dirak statistikasına tabe olan hissəciklərdir. Elementar fermionlar leptonlar və kvarklardır. Mürəkkəb fermionlara misal kimi protonu və neytronu göstərmək olar. Bütün fermionlar kəsirlə ifadə olunan spinə malikdirlər, (1⁄2, 3⁄2,...). [2] Elementar fermionlar
BosonlarBosonlar Bose-Einstein (Eynşteyn) statistikasına tabe olan hissəciklərdir. Elementar bosonlarla yanaşı (məsələn, foton, qlüon), mürəkkəb bosonlar da var (meson). Bütün bosonlar tam ədədli spinə malikdirlər (0, 1, 2,...) Elementar bosonlar
Qarşılıqlı təsir qüvvələriFundamental qarşılıqlı təsir qüvvələri və onların daşıyıcıları olan bosonlar aşağıdakılardan ibarətdir:
Qarşılıqlı təsir qüvvəsinin davranışını öyrənən ilkin nəzəriyyə kvant elektrodinamikası (KED) idi (quantum electrodynamics — QED) ki, bu nəzəriyyə elektromaqnetik təsiri yüksək dəqiqliklə araşdırırdı. Həmin nəzəriyyə zəif nüvə qüvvəsinin nəzərə alınması ilə genişləndirildi. Daha sonra isə fiziklər kvarklar arasındakı qarşılıqlı təsiri, yəni güclü nüvə təsirini öyrənmək üçün KED nəzəriyyəsi əsasında kvant xromodinamikası (KXD) nəzəriyyəsini yaratdılar (quantum chromodynamics — QCD). [2] 1967-ci ildə Pakistanlı fizik Abdus Salamın və Amerikalı fizik Steven Weinberg-in (Vaynberq) bir birindən asılı olmadan apardıqları tədqiqatlardan aydın oldu ki, elektromaqnetik və zəif nüvə qüvvələri bir birilə sıx əlaqəlidir. A. Salam və S. Weinberg iki fundamental qüvvə arasındakı bu əlaqəni riyazi formulalarla ifadə etdilər. Onların nəzəriyyəsi 1970-ci ildə Sheldon Glashow (Qlaşou) tərəfindən ümumiləşdirildi və bununla da elektrozəif qarşılıqlı təsir nəzəriyyəsi yarandı.[2] Bu nəzəriyyənin hər üç yaradıcısı 1979-cu ildə Nobel mükafatına layiq görüldülər. [5] Beləliklə Standart Modelin özəyini iki nəzəriyyə - elektrozəif qarşılıqlı təsir və kvant xromodinamikası nəzəriyyələri təşkil edir. [6] Son dövrlərdə aparılan tədqiqatlar göstərir ki, dörd qüvvəni əhatə edən ümumi nəzəriyyənin yaradılması yaxın gələcəkdə baş tuta bilər.[2] Həmçinin baxİstinadlar
Xarici keçidlər
|