Leopard 1
Leopard 1 (alm. Leopard) — Almaniya istehsalı olan 2-ci nəsil əsas döyüş tankıdır. İlk olaraq 1965-ci ildə Alman Federal Ordusunun (Bundeswehr) xidmətinə olmuşdur. Alman Kraus Maffei Weggman firması tərəfindən ardıcıl istehsalına 1965-ci ildə başlanılmış və 1984-cü ilə qədər istehsalı davam etdirilmişdir, Almaniyanın xaricində İtalyada da istehsal edilmişdir. Ümumi 4000 ə üzərində Leopard 1 Almaniyada çıxarılmışdır. Bu tank Bundeswehr xaricində Avstraliya, Belçika, Braziliya, Kanada, Çili, Danimarka, Yunanıstan, İtaliya, Livan, Hollandiya, Norveç və Türkiyə ordularında da istifadə edilməkdədir. Ümumilikdə 6485 Leopard 1 tankı satılmışdır. İstehsalçı ölkə: Almaniya Tip: Əsas döyüş tankı İstehsalçı firma: Kraus-Maffei Wegmann İstehsal tarixi: 1964 – 1984 Xidmətə giriş ili: 1966 – günümüzə İstehsal sayı: 6000 ədəd Ekipaj: 4 nəfər ÖlçülərAğırlığı: 42.4 ton Uzunluğu: 7.09 m Lülə daxil olmaqla: 9.54 m Lülənin uzunluğu: 5.89 m Eni: 3.41 m Hündürlüyü: 2.76 m Klirens: 0.44 m MüdafiəZirehi: diyirlətmə homogen polad Zireh qalınlığı: 10–70 mm Sis bombaları Tank ekipajının Nüvə, Bioloji və Kimyəvi silahlarının təsirlərindən müdafiəsi (NBC qorunma) PerformansZəminə təzyiq: 0.85 kq/sm ² Dalış dərinliyi: 2.2 m (şnorkelsiz), 4 m (şnorkellə) Xəndək keçmə: 3 m Maneə keçmə: 1.15 m Qalxma bucağı: 60º (Dikinə); 40º (Yana) Mühərrik: MTU MB 838 Ca M500 dizel At gücü: 830 Yanacaq çəninin tutumu: 985 litr Maksimal sürət: 62 km/saat Döyüş radiusu (Hərəkət ehtiyatı və ya mənzili): 600 km Asqı tipi: fərdi burulma bar Optik sistemlərKomandirin optik və idarəetmə sistemi: TRP-1A Panoramik baxış sistemi: TEM 2A (8x) və (16x) böyütmə SilahlanmaƏsas silahı: 105 mm-lik "L7A3" yivli topu Kalibr: 105 mm Lülənin qalxma bucağı: –9º… +20º Üfüqi tuşlama bucağı: 360º Mərminin başlanğıc sürəti: 737–1475 metr/saniyə Atış tezliyi: 10 atış/dəqiqədə Atəş məsafəsi: 2 km Maksimal atəş məsafəsi: 5 km Döyüş sursatı: 60 ədəd – 2 ədəd 7.62 mm "MG3" pulemyotu Kalibr: 7.62 mm Mərmi: 7,62×51 mm NATO Atış tezliyi: 1000–1300 atış/dəqiqədə Güllənin başlanğıc sürəti: 820 metr/saniyə Atəş məsafəsi: 1.2 km Maksimal atəş məsafəsi: 3.75 km Mərmi sayı: 5200 ədəd TarixiBundeswehr, yeni bir tank hazırlama məqsədiylə Leopard proyektini 1956-cı ildə başladı. Bu layihənin başlama səbəbləri; Bundeswehrin əlindəki bütün tankların ABŞ istehsalı M47 və M48 tankları olması və Bundeswehrin müasir bir döyüş tankına ehtiyac duymasıydı. Yeni çıxarılacaq tank 30–40 ton ağırlığında, yaxşı bir mühərrikə sahib olan, NBC qorumalı, dövrün anti-tank silahlarına dayanıqlı və Varşava Paktının üzvlərinin sahib olduğu tanklardan daha yaxşı bir tank olmalı idi. Yeni çıxarılacaq tanka 105 mmlik bir top lüləsi və bu tankın ABŞ istehsalı tanklara görə daha çox sursat daşıya bilməsi idi. Fransa üzərində çalışdığı AMX-50 proyektinin müvəffəqiyyətsizliyə uğrayınca Almaniya ilə yeni müştərək tank proyektini başlamaq üzrə razılaşdılar. Avropa müştərək tank layihəsi çərçivəsində 1950-ci ilin sonlarına doğru Leopard 1 tankı inkişaf etdirilməyə başlanmış və 1963-cü ildə Alman Krauss Maffei Wegmann və Mak firmaları ortaq işlərə davam etmişdir. 1965-ci ildə Alman ordusu üçün istehsala başlanmış, istehsalı zaman zaman dayandırılmasına baxmayaraq 1984-cü ilə qədər davam etmişdir. Italyan ordusu üçün İtalyan Otobreda firmasi da Leopard 1 tanki çıxarmışdır. Müxtəlif modelləri tapılmaqdadır. Modelləri
|