Share to: share facebook share twitter share wa share telegram print page

Cozef Debone Qrex

Cozef Debone Qrex
Doğum tarixi (86 yaş)
Doğum yeri
Fəaliyyəti siyasətçi
Partiyası

Cozef Debone Qrex (17 sentyabr 1939, Malta) — Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi, maltalı parlamentar.

Həyatı

Qrex 1939-cu il sentyabrın 17-də anadan olub. Malta Nümayəndələr Palatasının üzvüdür.

1958-ci ildə Malta Əmək Partiyasında katib və partiyanın bir neçə qolunun rəhbəri kimi fəaliyyətə başlayıb. 1959-ci ildə Əmək Briqadasının əsasını qoyanlardan biri olub. 1967-ci gənclər katibi, 1969-cu ildə partiya işləri üzrə sədr müavini seçilib. 1971-ci ildə Malta parlamentinə seçilib. O zamandan deputatdır.

1983-cü ildə Maltanın maliyyə və investisiya naziri, 1996-cı ildə nəqliyyat və limanlar naziri olub. 2003-2008-ci illərdə Malta beynəlxalq aeroportu və ölkə təhlükəsizliyi üzrə kölgə naziri kimi fəaliyyət göstərib. Hazırda müdafiə və limanlar üzrə kölgə naziridir.

Təmsil etdiyi Əmək Partiyası hazırda Maltada müxalifətdədir.

Qrex 1999-2003-cü illərdə AŞPA-da əvəzedici üzv statusunda təmsil olunub. 2004-cü ildən ölkəsinin AŞPA-dakı nümayəndə heyətinin üzvüdür. Sosialistlər fraksiyasında təmsil olunur.

AŞPA-nın monitorinq, eləcə də mədəniyyət, elm və təhsil komitələrinin üzvüdür. Bununla yanaşı, yerli və regional demokratiya, mədəni irs, Avropa mükafatı, gənclər və idman alt komitələrində də təmsil olunur.

2009-cu il noyabrın 18-də Monitorinq Komitəsinin Parisdə keçirilən iclasında Azərbaycan üzrə həmməruzəçi seçilib.

İstinadlar

Xarici keçidlər

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia

Kembali kehalaman sebelumnya