A.R.O.G
A. R. O. G (tam adı ilə A. R. O. G: Bir Yonma Daş Filmi, türk. A.R.O.G: Bir Yontma Taş Filmi) Cem Yılmazın Əli Taner Baltacı ilə birlikdə rejissorluğunu etdiyi 2008-ci il istehsalı elmi-fantastika və fantastik komediya filmidir[3]. Film G. O. R. A. filminin əsas qəhrəmanı Arifin daş dövründə keçən yeni macərasından bəhs edir. 2008-ci ilin dekabr ayının 5-də Türkiyədəki kinoteatrlarında nümayişinə başlanmışdır. Film G. O. R. A filminin davamı olaraq xarekterizə edilsə də, Cem Yılmaz bu filmin G. O. R. A.-nın davamı olmadığını, bir-başa ayrı bir film olaraq çəkildiyini demişdi. A. R. O. G adı isə G. O. R. A.-nın tərsidir. MəzmunXalça satıcısı Arif qəhrəmanlıqları ilə G. O. R. A. planetində yalnız dost qazanmaqla qalmaz, çoxlu düşmən də qazanar. Etdiklərinə görə düşmənləri ona cəza verər. Komandir Loqar Arifi bir zaman maşını ilə 1 milyon il geriyə, daş dövrünə gedər. Burada Arif özünə olan sonsuz inamı sayəsində xalqın arasına qarışır. Əlbəttə, mağara adamları üçün bu qarşılaşmanın təsiri böyük olur və həyatlarında açıq bufet, fəvvarə kimi yeniliklərlə, mədəniyyət ilə bir az tez tanış olurlar. Arif daş dövründə tez dost qazansa da, tək istəyi bir an əvvəl indiki zamana, hamilə arvadı Cekunun yanına qayıtmaqdır. Bunun üçün bir zaman maşını düzəltmək üçün sürətli bir texnologiya inkişaf etdirməsindən başqa bir əlacı yox idi. Arifin sürətləndirilmiş təkamül prosesi, inkişaf mövzusunda fərqli fikirləri olan bəzi daş dövrü insanını hirsləndirməyə başlayır. Mədəniyyətlər arası qarşıdurma səbəbiylə Arif qısa müddətdə öz xəyalındakı gələcək layihəsinə uyğun gəlməyən bir sıra ictimai çətinliklə qarşı-qarşıya gəlir. Film HaqqındaCem Yılmazın 2004-cü ildə nümayiş olunan G. O. R. A. filmindən dörd il sonra 2008-ci ilin dekabr ayının 4-də Avropa kinoteatrlarında nümayiş olundu. 8 milyon €-dan çox büdcəsi ilə A. R. O. G. Türkiyə kinosunda indiyə qədər çəkilmiş ən bahalı filmlərdən biri olmuşdur. Avropada bir çox ölkədə alt yazılı olaraq nümayiş edilmişdir. Cem Yılmaz 2016-cı ilin may ayının 17-də Instagram səhifəsindən 2018-ci ildə G. O. R. A. və A. R. O. G-un davamı olan ARİF V 216 filminin çəkiləcəyini anons etmişdir. Rollarda
Qatıldığı Festivallar və Qazandığı MükafatlarYeşilçam Mükafatları:
Cem Yılmaz Yeşilçamdan əli boş dönməsinin normal olduğunu və namizəd göstərilmək digər filmlərə görə fərqli format da bir film olaraq onsuz da bir müvəffəqiyyət olduğunu mükafat alan şəxslərin layiqincə aldığını söyləmişdir. Siyad Mükafatları:
Həmçinin baxXarici Keçidlər
|